“Tovuz döyüşləri Azərbaycan xalqının Ermənistanın işğal faktına dözmək fikrində olmadığını bir daha göstərdi”
“Ötən il bu gün Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına Azərbaycan ordusu sarsıdıcı cavablar verdi və düşmən ölkəmizin hərbi qüdrətini bütün ağırlığı ilə öz üzərində hiss etdi”.
12 İyul 2021 12:24 Sosial"Ötən il bu gün Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına Azərbaycan ordusu sarsıdıcı cavablar verdi və düşmən ölkəmizin hərbi qüdrətini bütün ağırlığı ilə öz üzərində hiss etdi".
"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasi kurs nəticəsində mümkün olmuşdu. Cəmiyyətin Prezidentin siyasətini dəstəkləməsi, dövlətimizin iqtisadi gücü və yüksək siyasi nüfuzu Ermənistana layiqli cavabı verməyə imkan yaratmışdı: "Tovuz döyüşləri 2016-cı il Aprel döyüşlərindən gələn qələbə əzmini daha da gücləndirdi və Azərbaycan xalqının Ermənistanın işğal faktına dözmək fikrində olmadığını bir daha göstərdi. Qarşıda isə Azərbaycanı tarixi kökündən dəyişən və ərazi bütövlüyümüzü təmin edən şanlı Vətən Müharibəsi gözləyirdi".