Bayram neçə gün olacaq, hansı məhdudiyyətlər nəzərdə tutulub? - Diqqət hökumətin iclasına

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə kökumətin kritik toplantısı gözlənilir.

Olaylar.az  xəbər verir ki, iclasda koronavirus peyvəndi və Qurban Bayramı tətili müzakirə ediləcək. Nazirlər Kabinetinin iclasında, xüsusilə Qurban Bayramı tətilində yeni növ koronavirus (Covid-19) peyvənd proqramı və ölkənin gündəmindəki məsələlərin müzakirəsi gözlənilir.

Səhiyyə naziri Fahrettin Kocanın bir təqdimat etməsi gözlənilən yığıncaqda, ölkə daxilində peyvənd proqramında əldə edilən nöqtə, Covid-19 məlumatları və yerli peyvənd işləri qiymətləndiriləcək. Qurban Bayramı tətili və turizm mövsümü ilə əlaqədar qiymətləndirmələrin edilməsi gözlənilən görüşdə, iqtisadiyyatdakı inkişaflar, təhlükəsizlik və xarici siyasət mövzuları da müzakirə ediləcək. Prezident Ərdoğanın görüşdən sonra xalqa müraciətində bayram tətilinin müddətini açıqlaması gözlənilir. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31