Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

"90-SB-700" dövlət nömrə nişanlı "Mercedes" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində "KİA"nın mühərrik hissəsində yanğın baş verib.

Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-nin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qəza zamanı Şahin Bağırov, Gülnaz Qurbanova və adları hələ bilinməyən 2 nəfər xəsarət alıb. Yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31