Bakıda üç nəfər dənizdə batdı - VİDEO

 

 
Bakıda üç nəfər dənizdə boğulub.
 
Hadisə Şüvəlan çimərliyində qeydə alınıb.Onların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir. 
 
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.
 ///Oxu.Az
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31