Delta variantı 60% daha yoluxucu və təsirli- Prof. Dr. Yalçın:
10 İyul 2021 18:02 SosialOlaylar.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Akdeniz Universiteti (AU) Tibb Fakültəsindən Prof. Dr. Ata Nevzat Yalçın, Delta variantının koronavirus və Alfa variantından yüzdə 60 daha yoluxucu və təsirli olduğunu söyləyib.
Prof. Dr. Ata Nevzat Yalçın, insanların boğaz ağrısı, baş ağrısı, burun axıntısı kimi simptomlarla qarşılaşdıqda nisbətən yüksək yoluxucu və ölümcül olan Delta varianta yoluxması təhlükəsinin olduğunu bildirib. Professor bu cür simptomlara sahib olanların ən qısa müddətdə bir səhiyyə müəssisəsinə müraciət etmələrinin faydalı olacağını bildirib.
2020-ci ilin sonundan etibarən İngiltərədə əsas virusdan sonra Alfa variantının, daha sonra Braziliya və Cənubi Afrikada Beta və Gamma variantlarının təyin olunduğunu qeyd edən Dr. Yalçın, Delta variantının son olaraq Hindistanda təyin olunduğunu söyləyib. Prof. Dr. Yalçın, "Delta variantının orijinal virusdan və başlanğıcdakı Alfa variantından yüzdə 60 faiz daha yoluxucu və daha təsirlidir. Nəticələr çox narahatedicidir. Müəyyən peyvəndlər Delta variantına qarşı daha təsirlidir" deyə bildirib.