Ramin Hacılı həbs edildi
10 İyul 2021 14:48 SosialAktivist Ramin Hacılı həbs edilib.
Olaylar.az bildirir ki, R.Hacılı Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmişdi, 2019-cu ildə azadlığa buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31