Məşhur boksçunun oğlu çimərlikdə boğuldu
10 İyul 2021 14:06 SosialMəşhur boksçu Kris Yubenkin oğlanlarından biri, ingiltərəli boksçu Sebastyan Yubenk 30 yaşının tamam olmasına bir neçə gün qalmış Dubayda istirahət zamanı ölüb.
Olaylar.az-ln lent.az-a istinadla verdiyi xəbərə görə, Sebastyanın meyiti çimərlikdə tapılıb. Onun dənizdə boğulduğu bildirilir.
Sebastyan professional rinqdə iki döyüş keçirib və hər ikisində qalib gəlib. Onun həyat yoldaşı Salma və cəmi bir ay əvvəl dünyaya gələn oğlu Rahim qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31