Qazaxıstan da öz vaksinini istehsal edəcək

Qazaxıstan hökuməti sentyabr ayında Jambıl vilayətində yerli koronavirus vaksini istehsal edən əczaçılıq zavodunu açmağı planlaşdırır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş nazir müavini Yeralı Tuqjanov deyib.

O bildirib ki, zavodun istismara verilməsi yekun mərhələdədir. Müəssisənin fəaliyyəti üçün lazımi lisenziyalar alınıb.

Nazir müavini əlavə edib ki, zavodda "QazVac" koronavirus vaksininin istehsalı təşkil olunacaq. Zavod aylıq 600 min doza vaksin istehsal edəcək.

Qeyd edək ki, "QazVac" Qazaxıstanın Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri tərəfindən hazırlanıb. Vaksinin ilk partiyaları bu institutun bazasında buraxılıb və ölkənin regionlarına paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31