Polis rəisinin intiharı ilə bağlı cinayət işi  açıldı

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Rəsmi məlumata görə, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, Rahib Mirzəyev 4-cü Polis Şöbəsinin rəisi vəzifəsinə 2019-cu ilin iyununda təyin edilmişdi. O, təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Sahib Mirzəyev əvvəllər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsini tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31