Nazirlər Kabinetindən YENİ QƏRAR - Bu şəxslərin əməkhaqlarına əlavənin müddəti artırıldı
10 İyul 2021 11:50 SosialCOVID-19 ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1-ədək artırılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.
Bundan əvvəl müddət iyunun 1-dək nəzərdə tutulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31