Bakıda oğlan ondan ayrılan sevgilisini avtomobillə vurdu

Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31