Kürdə naməlum kişi meyiti aşkar edilib
10 İyul 2021 10:23 SosialKür çayının Salyan rayonundan keçən ərazisində meyit aşkar edilib. "Olaylar"ın məlumatına görə, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib. Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31