Səhiyyə Nazirliyinin mütəxəssisləri onlayn konfransda iştirak edib
9 İyul 2021 20:49 SosialCOVID-19 pandemiyası dövründə tibb işçilərinin bilik və bacarıqlarının artırılması, ana-uşaq sağlamlığının qorunması, yenidoğulanların koqnitiv inkişafına müasir yanaşmanı, COVID-li uşaqlarda xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, qidalanmaya yanaşmanı və bu sahədə müasir yeniliklər ilə tibb işçilərini tanış etmək məqsədilə Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Neonatal Xidmətin Təkmilləşdirilməsi Komissiyası, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, "Uptodate in Medicine" təşkilatının birgə əməkdaşlığı ilə 5-7 iyul 2021-ci il tarixdə "Neonatololoji və pediatrik qidalanmaya multidissiplinar yanaşma" adlı onlayn konfrans keçirilib. Konfrans Türkiyə və Azərbaycandan 200-dək həkimin iştirakı ilə keçirilib.