Azərbaycanda tələbə faciəvi şəkildə öldü

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

Olaylar.az xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31