Baytar mütəxəssislərimiz Türkiyədə təlimə cəlb olunublar

 Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində cari ilin 1-31 iyul tarixlərində nazirliyin 10 əməkdaşı Türkiyədə təlimə göndərilib. AKİA-dan “Olaylar”a verilən məlumata görə təlim müddətində diaqnostik kabinetlərdə 4 istiqamət (toksikoloji, helmintoloji, bakterioloji və parazitoloji) üzrə müayinələrin aparılması, diaqnozların doğru müəyyən edilməsi və sonrakı mərhələdə lazımi profilaktik tədbirlərin görülməsi məqsədilə mütəxəssislərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində cari ilin 1-31 iyul tarixlərində nazirliyin 10 əməkdaşı Türkiyədə təlimə göndərilib. AKİA-dan "Olaylar"a verilən məlumata görə təlim müddətində diaqnostik kabinetlərdə 4 istiqamət (toksikoloji, helmintoloji, bakterioloji və parazitoloji) üzrə müayinələrin aparılması, diaqnozların doğru müəyyən edilməsi və sonrakı mərhələdə lazımi profilaktik tədbirlərin görülməsi məqsədilə mütəxəssislərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.Türkiyədə təşkil olunan bu təlimlər əməkdaşların bilik və bacarıqlarını artırmaqla, fermerlərn müraciətlərinə uyğun heyvan və heyvan mənşəli məhsulların laborator analizlərinin mümkün qısa müddət ərzində aparılmasına və dəqiq diaqnoz müəyyənləşdirməyə imkan yaradacaq. Təlimi başa vuran mütəxəssislər Azərbaycana qayıtdıqdan sonra qazandıqları bilik və bacarıqları burada tətbiq edəcəklər. Eyni zamanda, bu təlimlər ölkədə heyvandarlığın inkişafına, ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasına da töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31