Məhərrəm ayında toy etmək olar? - İlahiyyatçı Elşad Miridən AÇIQLAMA
Ölkə ərazisində toyların keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasından sonra, iki ilə yaxındır ki, ailə qurub toy etmək istəyən cütlüklərin şadlıq saraylarına kütləvi axını başladı.
9 İyul 2021 15:44 SosialÖlkə ərazisində toyların keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasından sonra, iki ilə yaxındır ki, ailə qurub toy etmək istəyən cütlüklərin şadlıq saraylarına kütləvi axını başladı.
Məhz bu səbəbdəndir ki, iyul ayı üçün şadlıq saraylarında da yer tapmaq müşkülə çevrilib. Bu sıxlığa daha bir səbəb də, qarşıdan yəni avqustun 10-dan etibarən Məhərrəmlik ayının gəlişidir. Ata-babalarımızın dövründən Məhərrəm ayında el məclislərinin, xoş günlərinin keçirilmədiyinin şahidi olmuşuq. Bəs, qarşıdan yeni bir koronavirus dalğası xəbərlərini az qala hər gün eşitdiyimiz bu zamanda Məhərrəm ayında toy, yaxud nişan etmək günah sayılarmı?
Bu barədə açıqlama verən ilahiyyatçı Elşad Miri bildirdi ki, dində Məhərrəmlik ayında toy etməklə bağlı qadağa yoxdur.

"İslamın əsas anlayışı müqəddəs Qurani-Kərim kitabıdır. Toy, nişan mərasimi etmək mövzusunda Quranda hansısa qadağa, göstəriş yoxdur. Sual oluna bilər ki, əgər Quran kitabında belə bir anlayış yoxdursa, o zaman "Din icazə vermirmi?" düşünməliyik? Qeyd edim ki, Peyğəmbərin özünün də bu mövzu ilə bağlı hansısa qadağası yoxdur. Məhərəmlik Aşura ilə əlaqədar bir məsələdir. Aşura isə Peyğəmbərin vəfatından uzun müddət sonra, onun nəvəsinin qətlə yetirilməsi ilə bağlı keçirilən bir dini mərasimdir. Məsələyə eyni şəkildə yanaşsaq, gərək 44 günlük müharibədə qəhrəmanlıq simvoluna çevrilən əsgərlərimizin şəhid olduğu günlərdə də toy etməyəydik". metbuat.az