Kürdə batan gəncin meyiti tapıldı
9 İyul 2021 14:32 SosialKürdə batan 23 yaşlı gəncin meyiti tapılıb, 15 yaşlı yeniyetmənin isə axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31