Lisey və gimnaziyalara seçim nəticələri açıqlandı
9 İyul 2021 13:46 SosialLisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər sy.edu.az portalı vasitəsilə "Şəxsi kabinet"ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.
Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-dək qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.
Qeyd edək ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31