Polis rəisi iş otağında özünü güllələdi

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.

Rahib Mirzəyev hazırda təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Sahib Mirzəyev əvvəllər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsini tutub. Qeyd edək ki, Rahib Mirzəyev 4-cü Polis Şöbəsinin rəisi vəzifəsinə 2019-cu ilin iyununda təyin edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31