Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi
9 İyul 2021 12:18 SosialBakıda polis bölməsinin rəisi intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31