Daha bir deputat su problemini qaldırdı

Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında seçicisi olduğu rayonun su problemi olduğunu qeyd edib. "Olaylar" xəbər verir ki, deputatın sözlərinə görə, ölkəmizin hər tərəfində əkin sahələrinin suvarılması ilə əlaqədar problemlər var: "Hazırda Astara sakinlərinin böyük bir hissəsi əkinçiliklə məşğul olur. Amma su məsələsində problem var". Deputat  problemin həlli üçün dövlət qurumlarına müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31