Deputat sorğu etdi: “COVID-19 pasportların tətbiqi nə dərəcədə doğrudur?”

Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin bu gün keçirilən növbədənkənar iclasında COVID-19 pasportlarının verilməsində yaranan anlaşılmazlıqlardan danışıb. "Olaylar" xəbər verir ki, deputatın sözlərinə görə, COVİD-19 pasportu uzunmüddətli qərardır: "Bunun hüquqi nəticələri var. Allergiyası xroniki xəstəliyi olan gənclər var ki, peyvənd olunmayıblar deyə, onlara hər hansı sənəd vermirlər. Halbuki, bu doğru deyil. Belə qərarlar əsaslandırılmalıdır. Çünki   əlavə problemlər yaradır".

Nigar Arpadarai bildirib ki,  ölkəmizdə təkrar yoluxma halları müşahidə olunur: "Dünyada bu cür hallar bir faizdən azdır. COVID-19 pasportların tətbiqi nə dərəcədə doğrudur? Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlasınlar. Ciddi əsaslanmaya ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31