"İndiyə kimi atamın yanında şortikdə gəzməmişəm" - VİDEO
9 İyul 2021 10:49 SosialARB TV-nin "SözBaz" verilişinin növbəti müsahibi aktrisa Oksana Rəsulova olub.
AZXEBER.COM xəbər verir ki, aktrisa atası ilə olan münasibətindən söhbət açıb:
"Qızların atalarının yanında nəsə deməyə haqqı yoxdur. Çünki, ata başqa şeydir. Atamla nə qədər dost, sirdaş olsam da aramızda pərdə var. İndiyə qədər atamın yanında şortikdə, mini yupkada gəzməmişəm. Atam çox gülərüz, pozitiv, danışıb-gülən insandır. Həyatım boyu onun yanında ayağımı qaldırıb oturmamışam. O sərhəddi biz hər zaman saxlamışıq. Ailə həyatım uğursuz alınanda belə valideyinlərimdən dəstək gördüm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31