Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış, 1 nəqliyyat qəzası və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, 3 nəfərin meyiti isə ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, yanğınlar zamanı 2 nəfər xəsarət alıb. Həmçinin, Xəzər rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31