Qlobal ərzaq bazarında 12 aydan sonra ucuzlaşma qeydə alınıb
8 İyul 2021 14:11 SosialQlobal ərzaq qiymətləri 12 aylıq ardıcıl yüksəlişdən sonra iyunda ilk dəfə olaraq enib. Bu haqda BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat açıqlayıb.
FAO-nin açıqladığı məlumata əsasən, Ərzaq Qiymətləri İndeksi iyunda aylıq müqayisədə 2,5 faiz geriləyib. Amma illik müqayisədə 33,9 faiz yüksəlib. Mayda 127,8 olan indeks iyunda 124,6 səviyyəsinə geriləyib.
Xatırladaq ki, Ərzaq Qiymətləri İndeksi iyuna qədər hər ay yüksəlirdi. İyunda ucuzlaşma bitki yağları, taxıl və süd məhsullarının qiymətindəki enmə hesabına mümkün olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31