Elmar Qasımov bu dəfə dollarları "blender"ə qoyub...
8 İyul 2021 13:59 SosialOlimpiya oyunlarının mükafatçısı Elmar Qasımov qalmaqallı videoları ilə yenidən gündəmə gəlib.
Olaylar.az xəbər verir ki, cüdoçu özünün yeni TikTok hesabında videolar paylaşıb. O, dolları "blender"ə qoyaraq onu doğramağa çalışıb. Digər videoda isə idmançının avtomobilində əlindəki pullarla özünü yellədiyi görüntü yer alıb.
Qeyd edək ki, Elmar Qasımov bir neçə müddət öncə yaşadığı binadan pulları həyətə səpərkən çəkdiyi görüntüləri paylaşmışdı və buna görə Azərbaycan cüdo millisindən uzaqlaşdırılmışdı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31