Azərbaycanda informasiya agentliklərinin statusu müəyyənləşdirilir
7 İyul 2021 12:39 Sosial"Media haqqında" yeni qanun layihəsində informasiya agentlikləri ayrıca media subyekti kimi göstəriləcək.
Sənəd layihəsində informasiya agentliklərinin statusu da müəyyən edilib.
Layihəyə əsasən, informasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə media subyektləri ilə informasiya verilməsi, əldə edilməsi haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyaları müntənzəm olaraq həmin müqavilələr üzrə çatdırımasını təmin edən mediadır. // "Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31