Deputat: “Qazilər onlara göstərilən qayğı və diqqətdən razılıq edirlər”

Millət vəkili Sahib Alıyev təmsil etdiyi Tərtər rayonunda qazilərlə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili qeyd edib ki, aralarında Vətən Müharibəsi Qəhrəmanı da olmaqla Tərtərin daha bir neçə şərəfli oğlunu- qazilərimizi yenə də gedib evlərində ziyarət edib, onların  səhhəti ilə maraqlanıb: "Onların əksəriyyəti, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın göstərdikləri qayğı və diqqətdən razılıq etilər. Əliliyin gecikdirilməsi, sağlamlıqlarına uyğun işlə təmin olunmaq və sair kimi  bir sıra məsələlər ətrafında da söhbət getdi ki, bütün bunları uyğun strukturların qarşısında qaldıracağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31