Nazirlik: Palçıq vulkanının kraterində kiçik alov müşahidə olunur
5 İyul 2021 10:00 SosialBu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub
Olaylar.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31