Xəzərdə tanker partlayıb? - ASCO-dan AÇIQLAMA
5 İyul 2021 01:30 SosialXəzər dənizindəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
Bununla bağlı artıq RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin mətbuata açıqlama verdiyini xatırladan V.Rafiqqızı bildirib ki, baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
O qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, daha əvvəl Q.Yetirmişli açıqlamasında Xəzər dənizində çoxlu sayda palçıq vulkanlarının mövcudluğunu deyib. Onun sözlərinə görə, Xəzər dənizində partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31