Ukraynalı qadın hərbçilərin bu görüntüsü qalmaqala səbəb oldu - FOTO
3 İyul 2021 11:54 SosialUkrayna gələn ay müstəqilliyinin 30 ilini qeyd edəcək.
Olaylar.az bildirir ki, bununla bağlı ölkədə hərbi paradın keçirilməsi nəzərdə tutulub. Lakin ötən gün Müdafiə nazirliyinin paradla bağlı yaydığı görüntülər səs-küyə səbəb olub. Belə ki, fotolarda qadın hərbçilərin hündürdaban ayaqqabıda olduğu görünüb.
Bununla bağlı ölkədə fikir ayrılıqları yaranıb. Məsələn, siyasi şərhçi Vitali Portnikov məsələyə münasibət bildirərkən bəzi Ukrayna səlahiyyətlilərinin orta əsr dövründə qaldığını deyib. Digər şərhçi Maria Şapranova isə Müdafiə nazirliyini cinsi ayrı-seçkilikdə günahlandırıb.
Sosial mediada da bir çox ukraynalı qərara reaksiya verərək paradda qadın əsgərlərə bu cür ayaqqabıların geyindirilməməsini tələb ediblər.
sfera




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31