"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyinə seçkilər keçirilib
3 İyul 2021 11:14 Sosial"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təşkilatın nizamnaməsinə uyğun olaraq, yeni sədr seçkiləri ilə bağlı toplantı keçirib.
"OLAYLAR"-a Cəmiyyətdən bildirilib ki, toplantı zamanı Cəmiyyətin son ikiillik hesabatı dinlənilib və müxtəlif məsələlər müzakirə edilib. Səsvermə yolu ilə Rəşid Məmmədov yenidən səs çoxluğu ilə növbəti iki il üçün Cəmiyyətə sədr seçilib.
Qeyd edək ki, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti uzun illərdir Yunanıstanda uğurla fəaliyyət göstərən diaspor təşkilatarındandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31