Neftçalada bir qrup polis əməkdaşı təltif olunub
3 İyul 2021 10:35 SosialNeftçala rayonunda Azərbaycan Polisinin 103-cü il dönümü qeyd olunub. "OLAYLAR"-a Rayon İcra Hakimiyətindən bildirilib ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri və veteran polis işçiləri iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən, xidməti borcu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirib ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan edildiyini, vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində dayanan daxili işlər orqanlarının bu peşə bayramını da böyük ruh yüksəkliyi və xidmətdə əldə etdiyi uğurlarla qarşıladığını diqqətə çatdırıb. Ümummilli lider böyük uzaqgörən siyasəti nəticəsində daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevdə hər zaman DİN-ə xüsusi diqqəti və qayğısının nəticəsidir ki, nazirliyin strukturunun və normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təchizatı yaxşılaşdırılıb. Şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə ölkə prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilən Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. Neftçala RİH başçısı asayişin keşiyində dayanan polislərimizi təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirin sonunda "Polis Günü" münasibətilə rayonda ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup polis əməkdaşı "Fəxri Fərman" ilə təltif olunublar.