Tanınmış həkimdən "Delta" ştammı ilə bağlı sevindirən açıqlama: "Xoşbəxtlikdən bu mutasiya..."
3 İyul 2021 10:24 Sosial"Koronavirusun "Delta" ştammı barədə narahatlığa səbəb görmürəm".
Olaylar.az bildirir ki, bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Mütəxəssis qeyd edib ki, bu ştamm əvvəlki variantlardan daha sürətli yayılması ilə seçilir:
"Amma xoşbəxtlikdən bu mutasiya da əvvəlki mutasiyalar kimi yalnız yoluxma sürətində fərq yarada bilib. Bu variant xəstəxanaya qəbul və ölüm faizini artırmır. Simptomlarında isə, yüngül soyuqdəymə - başağrısı, burun axması, qızdırma daha çox görünür, nəinki öskürək".
Ş.Məmmədov həmçinin vurğulayıb ki, vaksinlər "Delta" variantına qarşı yüksək effektivdir:
"İki dəfə vaksin vurulmuş insanlar bu variantdan da qorunacaq". sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31