Bilgəh çimərliyindəki vəziyyətlə bağlı - AÇIQLAMA
2 İyul 2021 20:58 SosialSosial şəbəkələrdə Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntü paylaşılıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu Rayon MKTB-yə məcburi göstəriş verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31