Erkin Rəhimov yüksək vəzifəyə TƏYİN EDİLDİ
2 İyul 2021 16:13 SosialSəhiyyə Nazirliyində kadr dəyişikliyi olub.
Olaylar.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, tibb elmləri doktoru, professor Nəsib Quliyev Səhiyyə Nazirliyinin baş pediatr vəzifəsindən azad edilib.
Onun yerinə baş pediatr postuna "Baku Medical Plaza Klinikası"nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31