Məzun günündə əyləncəli anlar yaşanıb

Bu gün Bakı Dövlət Universitetində "Məzun Günü" keçirilib.Universitet  rəhbərliyinin  qərarına  əsasən  tədbirdə 100-ədəd  tələbənin iştirakına icazə verilib. Hər fakültədən ÜOMG nəticəsi ən  yüksək olan 3 tələbə iştirak etmək şansı qazanıb. Bu qərar  bəzi  tələbələr  arasında narazılıq  yaradıb. Buna baxmayaraq BDU-da pandemiya qaydalarına riayət edilərək  keçirilən  "Məzun günü"  yaddaqalan  olub.. Həm maraqlı, həm də əyləncəli anlarla dolu Məzun günündə BDU-nun  rəqs ansamblı və bir sıra tanınmış  müğənnilər çıxış ediblər. Universitetin rektoru Elçin  Babayevlə    yanaşı bir sıra müəllimlər və valideynlər məzunları təbrik ediblər. Sonda Məzunlar papaqlarını göyə ataraq, göyərçin uçurdublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31