Koronavirusun təhlükəli “Lambda” ştammı tapıldı - Deltanı əvəz edəcək
29 İyun 2021 15:50 SosialTibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov koronavirusun "lambda" ştammının xüsusiyyətlərini açıqlayıb.
Olaylar.az xəbər verir ki, mütəxəssis "Radio 1"in efirində COVID-19-un bu variantının virusun təbii mutasiya prosesinin nəticəsi olduğunu söyləyib.
"Dəyişir, dəyişən xarici şəraitə uyğunlaşır. Yeni ştamm yeni xüsusiyyət kimidir. Daha uyğunlaşa bilən, sabit və yoluxucudur, dünyaya sürətlə yayılma qabiliyyətinə sahibdir", V.Jemçuqov qeyd edib.
İmmunoloqun fikrincə, bu COVID-19 ştammı koronavirusa yoluxmayan və vaksinasiya olunmayanlara sürətlə yoluxacaq: "Yeni xüsusiyyət koronavirusa çoxalma üstünlüyü verir. Yayılmağa və əvvəlkilərlə yerini dəyişməyə başlayır. Düşünürəm ki, "lambda" tədricən "delta"nı əvəz edəcək". /publika.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31