Kimlərə çimərliyə getmək olmaz - DİQQƏT! - HƏKİM QAYDALARDAN DANIŞDI

"Bildiyimiz kimi, çimərlik mövsümü başlayıb. Bu mövsümdən isə səmərəli istifadə etmək lazımdır. Bəs, kimlər çimərliyə gedə bilməz?

"Bildiyimiz kimi, çimərlik mövsümü başlayıb. Bu mövsümdən isə səmərəli istifadə etmək lazımdır. Bəs, kimlər çimərliyə gedə bilməz?

Bəzi insanlar var ki, onların səhhəti üçün çimərliyə getmək qadağandır. Ürək-damar, dəri, qan-damar sistemi xəstəlikləri olan insanlar dənizə gedərkən ehtiyyatlı olmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, çimərliyə gedərkən mütləq bir saat seçilməlidir: "Səhər ertədən gündüz saat 12-ə qədər olan müddət ərzində günəş şüaları dəridə D vitamini əmələ gəlməsinə səbəb olur. Lakin, saat 12-5 arası ultrabənövşəyi şüalar çox kəskin olduğu üçün bu da dəri yanıqları və günvurmalara səbəb ola bilər. Ona görə də bu saat aralığında çimərlikdə olmaq məsləhət görülmür. Saat 5-dən sonra çimərlikdən istifadə etmək daha mməqsədəuyğundur".

Həkim sözlərinə belə davam edib: "Əgər, ultrabənövşəyi şüalar nəticəsində insanda günvurma baş veribsə şəxsdə ürəkbulanma, qusma, baş ağrıları və təzyiqin yüksəlməsi müşahidə olunur. Belə insanlar mütləq şəkildə həkimə müraciət etməlidirlər". sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31