Minlərlə doza peyvənd məhv ediləcək - Tələb yoxdur
29 İyun 2021 12:50 Sosialİsrail istifadə müddəti yaxın günlərdə başa çatmaq üzrə olan 800 min peyvəndi məhv etmək məcburiyyətində qala bilər.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb. Bildirilir ki, İsrail xarici ölkələrdən müraciət gözləyir. Peyvəndlərin istifadə müddəti başa çatana qədər tələb olmasa onlar məhv ediləcək. Bildirilir ki, istifadə müddətinin başa çatmasına az qaldığına görə, peyvəndə tələb yoxdur.
İsrailin əlindəki peyvəndlərin hansı firmaya aid olduğu bildirilməsə də, Təl-Əviv BioNTech-Pfizer peyvəndi almışdı.
metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31