Seçicilər deputata məşğulluq və sosial təminat sahəsində mövcud olan prolemlərdən şikayətləniblər

Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri və Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarla Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlərə əsasən vətəndaş qəbulu keçirib.

Könül Nurullayevanın Deputat Qərargahından Newscenter.az-a verilən məlumata görə, həftə ərzində ümumilikdə 21 nəfərin müraciəti qeydiyyata alınıb, 8 nəfəri isə canlı keçirilən qəbul zamanı dinləmək mümkün olub.

K. Nurullayeva qeyd edib ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən başlıca məsələlər sırasında məşğulluq, maddi yardım, sosial təminat və binaların infrastrukturunun bərpası ilə bağlı problemlər mühüm yer tutub.

Deputat Könül Nurullayeva vətəndaşların üzləşdiyi bu və digər problemləri qeydiyyata götürərək, bütün müraciətləri ən qısa zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31