Rusiya azərbaycanlı gənci beynəlxalq axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlı Samir Babayevi beynəlxalq axtarışa verib.

Olaylar.az xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat verilib.

Əslən Mingəçevirdən olan (1986-cı il təvəllüdlü) Samir Babayevin terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunduğu qeyd olunub. Rusiya hüquq-mühafizə orqanları onun beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31