Alimentin məbləği qaldırılacaq? - AÇIQLAMA

"Alimentin məbləği 175 manatdan 185-ə manata qaldırılıb. Bu normal məğbləğdir, az deyil. İnsanların əksəriyyəti sabit məbləğ üçün müraciət edir. Alimentin verilməsi haqqında apellyasiya məhkəməsi çox az hallarda açılır. Əsasən rayon yerlərində aliment tələblərə uyğun verilmir. O da şəxsin şəraitinə uyğun verilir".

Bu sözləri Sonxeber.az- a açıqlama verən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O bildirib ki, boşanmalara bir çox şey səbəb ola bilər:

"Bu, psixoloji, sosial, müdaxilələr, nikaha girən şəxslərin tələskənliyi, nikahın maraqlar çərçivəsində qurulması kimi səbəblər ola bilər. Bəzi hallarda isə nikah müqavilələrinin bağlanmaması, kənar müdaxilələr sonradan münaqişələr yaradır.

Qeyd etmək istəyirəm ki, indiki aliment məbləği bir uşaq üçün azdır. Alimentin verilməsi zamanı uşağın xəstə olması, bacarıq potensialı nəzərə alınır. Hətta əgər uşaq körpədirsə, onun baxılması üçün anaya əlavə 100 manat da ayrılır. Təəssüf ki, bəzən aliment uşağın yox, ananın şəraitinə baxılıb verilir. Bizdə boşanmalarla bağlı davranışı dəyişmək lazımdır. Məsələn, qadın boşanır və sağlam olduğu halda alimentə güvənərək əlavə işlə məşğul olmur. Bu, çox yanlışdır. Hər iki tərəf boşanmağa qərar veribsə, bunun sonrakı nəticələri üçün də hazır olmalıdır. "Mən bacaracağam" deyib sonradan uşaqlara ziyan vurmaq olmaz. Alimentin isə məbləği bir uşaq üçün 200-220 manat olsa, daha yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31