Ağstafada zəlzələ oldu

Bu gün Azərbaycanda 3 bal gücündə zəlzələ olub.

Olaylar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 01:58-də Qazax stansiyasından 28 km şimal-şərqdə, Ağstafa rayonunda qeydə alınıb.

Zəlzələnin yerin 4 kilometr dərinliyində baş verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31