Uşaqlar vaksinasiya oluna bilərmi? - TƏBİB AÇIQLADI

Bildiyimiz kimi, hazırda ölkədə qəbul olunmuş strategiyaya əsasən, 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir. Bəs uşaqlar peyvənd olunmalıdırmı sualı isə maraq doğurur.

Olaylar.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva "COVID-19" mövzusunda çıxışnda qeyd edib ki, bu məsələdə müzakirə aparılır: "Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək".

Nəzrin Mustafayeva uşaqlarda koronavirusun yüngül əlamətlərlə özünü biruzə verdiyini bildirib.

"Onlarda simptomlar özünü az biruzə verir: Bəzi hallarda qızdırma, ürək bulanma müşahidə edilir, eyni zamanda kəskin virus infeksiyaları kimi özünü göstərir. Böyük əksəriyyəti sağalma ilə nəticələnir",- deyə o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31