“Mediasiya haqqında” qanun iyulun 1-dən qüvvəyə minəcək
25 İyun 2021 14:49 SosialMilli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında "Mediasiya haqqında" qanun haqqında danışıb. "Olaylar" xəbər verir ki, deputat qanunun 2019-cu ildə qəbul edildiyini xatırladıb. Ə. Hüseynli deyib ki, faktiki olaraq bu qanun bu il iyulun 1-dən qüvvəyə minəcək:"Hazırda 294 mediator təlimdən keçib, sertifikatları var. Mediatorlar üçün 25 yaş, 3 il iş stajı tələbi qoyuldu, hüquq təhsili şərt kimi irəli sürülmədi. Ancaq buna baxmayaraq, sertifikat alanların yarıdan çoxu hüquqşünasdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31