Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurasında iyunun 29-da jurnalistlərin "COVID-19" infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.

Bu barədə  Şuradan məlumat verilib.

Bildirilib ki, peyvəndləmə mayın 31-də vaksinin birinci dozası tətbiq edilən jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31