Tələbə statusu qazananların sayı niyə azdır? - Ekspert həll yolunu açıqladı
"Hazırda Azərbaycanda ali təhsil müəssisələrinin sayı çox deyil. Əgər orta ümumtəhsil müəssələrini 85 min nəfər bitirirsə və onlar arasında yalnız 35 mini tələbə statusu qazana bilirsə, bu azdır. Cəmiyyətin inkişafını istəyiriksə, ali təhsilli insanların sayını çoxaltmalıyıq. Universitetlərin bağlanması ilə keyfiyyətə nail olmaq mümkün deyil”.
25 İyun 2021 12:29 Sosial"Hazırda Azərbaycanda ali təhsil müəssisələrinin sayı çox deyil. Əgər orta ümumtəhsil müəssələrini 85 min nəfər bitirirsə və onlar arasında yalnız 35 mini tələbə statusu qazana bilirsə, bu azdır. Cəmiyyətin inkişafını istəyiriksə, ali təhsilli insanların sayını çoxaltmalıyıq. Universitetlərin bağlanması ilə keyfiyyətə nail olmaq mümkün deyil".
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, bundan əvvəlki illərdə dövlət univeristetləri arasında bağlananlar olub:
"Məsələn, Azərbaycan Müəllimlər İnstitutu bağlandı, amma hər hansısa bir pedaqoji kadrların hazırlanmasında ciddi bir keyfiyyət artımı müşahidə edilmədi. Bu təcrübə göstərir ki, universitetin fəaliyyətini dayandırması keyfiyyətə təsir göstərən amil deyil. Bunun yerinə, orada daha zəruri ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilməlidir. Məsələn, iqtisadiyyat ixtisası bütün universitetlərdə var. Baxmayaraq ki, Azərbaycanda onsuz da İqtisadiyyat Universiteti mövcuddur. Əgər bir universitet varsa və istiqaməti bu yöndədirsə, eyni ixtisaslar yalnız regionlarda yaradıla bilər, Bakıda kifayət qədər var".
K.Əsədovun sözlərinə görə, Azərbaycanda elə universitetlər var ki, universitet statusu daşıyır, amma tələbə sayı digər universitetin bir fakültəsindəki tələbələrin sayı qədərdir:
"Bu cür ali təhsil müəssələri ilə bağlı keyfiyyət artımı istiqamətində iş görmək lazımdır. Məzunlarımız əmək bazarının tələblərinə cavab verirmi? İkincisi, onların xarici dil, İKT bacarıqları nə qədərdir? Əsas məsələ bunlardır. Həmçinin bizim hazırda ən ciddi prioritetimiz Azərbaycanda dövlət büdcəsindən asılı olmayan, özünü maliyyələşdirən universitetlərin qurulmağı olmalıdır. Bu qədər dövlət büdcəsindən asılı və ya dövlət universitetlərinin olmasına ehtiyac yoxdur" sfera