Fazil Mustafa: “Sayğac oyununa son qoyulmalıdır!”

"Enerji sahəsi ilə bağlı düşünmək lazımdır ki, büdcə talançılığının qarşısı necə alına bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, tez-tez dəyişilən sayğac oyununa son qoyulmalıdır: "Biz elə etməliyik ki, dövlət büdcəsidən vəsait alan qurumlar şəffaf işləsinlər, bu vəsaitlər kənara getməsin. Biz səmərəliliyi insanlardan tələb edirik. Mən qanunun məqsədini və məzmununu müsbət dəyərləndirirəm, istiqamətini düzgün hesab etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31