Vitse-spiker həmkarlarını xeyriyyə marafonunda iştirak etməyə çağırdı

“Şanlı qələbəmiz həm də xalqımızın birliyinin, vəhdətinin nəticəsidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Adil Əliyev deyib.

"Şanlı qələbəmiz həm də xalqımızın birliyinin, vəhdətinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Adil Əliyev deyib. Deputat bildirib ki, bizə bu qələbəni yaşadan qəhrəmanlar Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb, dünən də bir qisim dövlət başçısı tərəfindən təltif edilib: "Qazilər və şəhid ailələri Prezident və Birinci Vitse-prezidentin diqqət mərkəzindədir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir". A.Əliyev vurğulayıb ki, YAŞAT Fondu şəhid ailələri və qazilərin qayğılarının həll edilməsi ilə məşğuldur: "YAŞAT Fondunun iş prinsipi də şəffafdır. Bizə bu qələbəni yaşadanları yaşatmaq ən ümdə vəzifəmizdir. Üzümü iş adamlarına, xalqımıza tutub deyirəm ki, xeyriyyə marafonunda minimum 10 manat olmaqla iştirak edək. YAŞAT Fondunun vəsaiti azalıb, hər birimiz bu xeyriyyə marafonunda iştirak edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31